Arvad ərini döydü, kişi bağışladı, məhkəmə fərqli qərar verdi, » Istintaq.Az
18:36 Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib.  |     18:35 Cəlal İsayevin evini qarət edən alpinistlərin cəzası azaldıldı - FOTO  |     18:31 Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı - RƏSMİ  |     16:13 Toydan çıxan şəxsi avtomobil vuraraq öldürdü.  |     16:10 Avtobus qoca qadını vuraraq öldürdü.  |     16:08 Naxçıvandakı Gümüşlü göl ətrafında 4 nəfər həbs edildi.  |     18:24 Hacı Tahirin dələduzluqda ittiham edilən oğlu: “Səkkiz dəfə Məkkədə olmuşam”.  |     18:22 Bakıda kişi yeznəsini qətlə yetirdi: “Qardaşlarının bazarda dəstəsi on qəpikdir deyirdin”.  |     18:19 Qəbələdə toydan çıxan şəxsi maşın vurub öldürdü.  |     18:16 Sosial şəbəkələrdə və elan saytlarında dələduzluq edən şəxs saxlanılıb - VİDEO  |     18:13 Lənkəranda axund məscidin həyətində bıçaqlandı.  |     18:11 “Papanin” və “Kubinka”da narkotik satanlar tutuldular - VİDEO  |     18:41 Şəhid Anar Kazımovun anası vəfat etdi.  |     18:40 Daşkəsəndə ağır qəza: Üç nəfər xəsarət aldı.  |     18:39 İranda etiraz aksiyalarında qətlə yetirilən xanımlar - FOTO  |     18:37 Xırdalanda 17 yaşlı gənci maşın vurub ölürdü.  |     18:36 Rəisin oğlu hava limanında faciəvi şəkildə öldü.  |     18:35 Goranboyda qəza - Xəsarət alanlar var.  |     18:34 Daxili İşlər Nazirliyi bu uşaqları axtarır.  |     18:31 Nikolay Patruşev oğlunu prezident kürsüsünə gətirir? – Kremldə iç savaşı başladı.  |    

Arvad ərini döydü, kişi bağışladı, məhkəmə fərqli qərar verdi,
Məhkəmə ərini döyən qadınla bağlı qərar verib.

Qaynarinfo xəbər verir ki, Qusarda kişi polis şöbəsinə müraciət edərək, həyat yoldaşı Solmaz (ad şərtidir) tərəfindən döyüldüyünü bildirib.

Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin sahə rəisi, polis mayoru tərəfindən Solmaz barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, ərini döymədiyini, əksinə əri tərəfindən döyüldüyünü bildirib. O, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxs isə həyat yoldaşı ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib. Zərərçəkmiş ər həyat yoldaşı barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə qərara gəlib ki, toplanmış sübutlarla Solmazın inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilib və törətdiyi əməl İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunur.

Sentyabrın 20-də hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsə 20 gün inzibati həbs cəzası verilib. Məhkəmənin qərarına əsasən, onun cəzası həbs olunduğu gündən - 20 sentyabr tarixindən hesablanacaq.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            243 22.09.22 15:08