Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib. » Istintaq.Az
18:21 Tanınmış prokuroru şantaj edən qadın məhkəmə zalında həbs olundu - FOTO  |     18:20 Üzərində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - FOTO/VİDEO  |     18:18 Sumqayıtda qadın anasına niyə beş bıçaq zərbəsi vurub?  |     18:16 Avtobusda cibgirlik edən şəxslər saxlanılıblar.  |     18:15 Bakıda evdən üç min manatlıq qızıl oğurlandı.  |     18:13 “Whatsapp”da piramida dələduzluq sxemi ilə yüzlərlə insanı aldadan şəxs həbs edilib - FOTO/VİDEO  |     18:10 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var.  |     18:17 İmişli rayon sakininin evindən yeddi kiloqrama yaxın narkotik aşkarlandı - FOTO  |     18:16 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi.  |     18:16 Oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açıldı.  |     18:15 Bakıda marketdə quldurluq edən şəxs saxlandı.  |     18:14 Bakıda pul ödəmə terminallarını talayan şəxs saxlanılıb.  |     18:13 4 yaşlı qızın qətlində adı hallanan qadın niyə tapılmır?  |     18:11 Şirkətdən 20 min manatlıq oğurluq olub.  |     18:09 Bakıda kişinin iki yaşlı oğlunu və qayınanasını bıçaqlaması hadisəsinin detalları.  |     18:06 Ukraynanın üç sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayanıb: Elektrik yoxdur.  |     19:03 Gəncədə 51 yaşlı kişini avtomobil vururaq öldürdü.  |     19:03 Atasını döyərək öldürməkdə şübhəli bilinən şəxsi polis saxlayıb.  |     19:00 QMİ nümayəndəsinin oğluna hökm oxundu.  |     18:59 Sosial şəbəkədə bankın adına səhifə açaraq dələduzluq edən şəxs tutulub.  |    

Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib.
Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq ödəniş təşkilatlarını Azərbaycan fintexlərinin sırasına daxil olmaq üçün ölkəyə gəlməsini təşviq edir.

Bunu “Report”a açıqlamasında AMB-nin Baş direktoru Fərid Osmanov deyib.

F.Osmanov əlavə edib ki, həmin fintexlərin bazara daxil olub-olmaması onların öz biznes maraqlarından asılıdır:

“Hazırkı qanunvericilikdə hər hansı ödəniş xidmətinin, ödəniş təşkilatının bazarımıza daxil olması üçün məhdudlaşdırıcı heç bir fəaliyyəti yoxdur. Onlar azad şəkildə Azərbaycanın fintex bazarına daxil ola bilərlər. Sadəcə Mərkəzi Bank yenilikçi, innovativ təşkilatların ölkəmizə gəlməsini təşviq edir, onlara çağırış edir. Bunun nəticəsidir ki, ötən il “ApplePay”, bu il isə “Google Pay” Azərbaycana gəldi.

Bunun davamlı olması üçün biz öz çağırışlarımızı edirik. Amma bu təşkilatçıların daha çox biznes maraqlarından irəli gəlir. Əgər onların biznes maraqları Azərbaycan bazarına yönəlikdirsə, onlar ölkəmizə daxil ola bilirlər”.

Qeyd edək ki, 2021-ci ilin noyabrın 2-də “Apple Pay”, 2022-ci ilin avqustun 23-də isə “Google Pay” xidmətindən istifadə Azərbaycanda aktivləşib.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            264 30.09.22 18:36