24 il əvvəl ustanı öldürüb, meyitini soyuducuda gizlədən şəxsə hökm oxundu. » Istintaq.Az
18:21 Tanınmış prokuroru şantaj edən qadın məhkəmə zalında həbs olundu - FOTO  |     18:20 Üzərində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - FOTO/VİDEO  |     18:18 Sumqayıtda qadın anasına niyə beş bıçaq zərbəsi vurub?  |     18:16 Avtobusda cibgirlik edən şəxslər saxlanılıblar.  |     18:15 Bakıda evdən üç min manatlıq qızıl oğurlandı.  |     18:13 “Whatsapp”da piramida dələduzluq sxemi ilə yüzlərlə insanı aldadan şəxs həbs edilib - FOTO/VİDEO  |     18:10 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var.  |     18:17 İmişli rayon sakininin evindən yeddi kiloqrama yaxın narkotik aşkarlandı - FOTO  |     18:16 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi.  |     18:16 Oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açıldı.  |     18:15 Bakıda marketdə quldurluq edən şəxs saxlandı.  |     18:14 Bakıda pul ödəmə terminallarını talayan şəxs saxlanılıb.  |     18:13 4 yaşlı qızın qətlində adı hallanan qadın niyə tapılmır?  |     18:11 Şirkətdən 20 min manatlıq oğurluq olub.  |     18:09 Bakıda kişinin iki yaşlı oğlunu və qayınanasını bıçaqlaması hadisəsinin detalları.  |     18:06 Ukraynanın üç sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayanıb: Elektrik yoxdur.  |     19:03 Gəncədə 51 yaşlı kişini avtomobil vururaq öldürdü.  |     19:03 Atasını döyərək öldürməkdə şübhəli bilinən şəxsi polis saxlayıb.  |     19:00 QMİ nümayəndəsinin oğluna hökm oxundu.  |     18:59 Sosial şəbəkədə bankın adına səhifə açaraq dələduzluq edən şəxs tutulub.  |    

24 il əvvəl ustanı öldürüb, meyitini soyuducuda gizlədən şəxsə hökm oxundu.
Prokuror Bakıda 24 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Report”un məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən Bakı Balıq hisləmə zavodunda qeydə alınıb.

Belə ki, zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov oradakı 2 saylı sexdə usta kimi çalışmış Mübariz Rəsulovla aralarında yaranmış mübahisə zamanı ona çoxsaylı bıçaq zərbələri yetirərək xüsusi amansızlıqla öldürüb. O, sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.

Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq, onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.

2022-ci il iyulun 1-də Elnur Abbasov 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi ilə yenidən ittiham elan edilməklə tutulub.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            251 16.11.22 19:01