Salyanda baş verən qətlin təfərrüatı məlum olub. » Istintaq.Az
18:21 Tanınmış prokuroru şantaj edən qadın məhkəmə zalında həbs olundu - FOTO  |     18:20 Üzərində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - FOTO/VİDEO  |     18:18 Sumqayıtda qadın anasına niyə beş bıçaq zərbəsi vurub?  |     18:16 Avtobusda cibgirlik edən şəxslər saxlanılıblar.  |     18:15 Bakıda evdən üç min manatlıq qızıl oğurlandı.  |     18:13 “Whatsapp”da piramida dələduzluq sxemi ilə yüzlərlə insanı aldadan şəxs həbs edilib - FOTO/VİDEO  |     18:10 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var.  |     18:17 İmişli rayon sakininin evindən yeddi kiloqrama yaxın narkotik aşkarlandı - FOTO  |     18:16 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi.  |     18:16 Oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açıldı.  |     18:15 Bakıda marketdə quldurluq edən şəxs saxlandı.  |     18:14 Bakıda pul ödəmə terminallarını talayan şəxs saxlanılıb.  |     18:13 4 yaşlı qızın qətlində adı hallanan qadın niyə tapılmır?  |     18:11 Şirkətdən 20 min manatlıq oğurluq olub.  |     18:09 Bakıda kişinin iki yaşlı oğlunu və qayınanasını bıçaqlaması hadisəsinin detalları.  |     18:06 Ukraynanın üç sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayanıb: Elektrik yoxdur.  |     19:03 Gəncədə 51 yaşlı kişini avtomobil vururaq öldürdü.  |     19:03 Atasını döyərək öldürməkdə şübhəli bilinən şəxsi polis saxlayıb.  |     19:00 QMİ nümayəndəsinin oğluna hökm oxundu.  |     18:59 Sosial şəbəkədə bankın adına səhifə açaraq dələduzluq edən şəxs tutulub.  |    

Salyanda baş verən qətlin təfərrüatı məlum olub.
Salyanda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Yerli sakinlərin “Report”un Aran bürosuna verdikləri ilkin məlumata görə, Masallı rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədov Etibar Qüdrət oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Salyan-Neftçala avtomobil yolu ilə Neftçala rayonuna doğru hərəkət edib.

Sürücü naməlim şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. İzi itirmək məqsədilə meyit Salyan-Neftçala avtomobil yolundan iki kilometr aralıda yeləşən Salyan rayonunun Xocalı kəndinə aparılıb və kənd sakinlərindən birinin həyət evinin darvazasının qarşısına atılıb. Sonra qətldə əli olan şəxs və ya şəxslər geri qayıdarkən “VAZ-2107” markalı avtomobili rayonun Kürqaraqaşlı kənd ərazisindən keçən su kanalına aşıraraq qaçıblar.

Ötən gün hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində içərisi qanla dolu olan “VAZ-2107” markalı sözügedən ərazidə aşkar edilərək götürülüb.

Hazırda qətldə şübhəli bilinən şəxs və ya şəxslərin aşkar edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Naməlum kişi meyitinin Xocalı kəndində tapılması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən məlumat yayılıb.

Faktla bağlı araşdırma aparılır.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            270 20.11.22 13:02