Lənkəranda narkotik satışına görə 19 nəfər saxlanılıb. » Istintaq.Az
18:21 Tanınmış prokuroru şantaj edən qadın məhkəmə zalında həbs olundu - FOTO  |     18:20 Üzərində “Kalaşnikov” gəzdirən şəxs tutuldu - FOTO/VİDEO  |     18:18 Sumqayıtda qadın anasına niyə beş bıçaq zərbəsi vurub?  |     18:16 Avtobusda cibgirlik edən şəxslər saxlanılıblar.  |     18:15 Bakıda evdən üç min manatlıq qızıl oğurlandı.  |     18:13 “Whatsapp”da piramida dələduzluq sxemi ilə yüzlərlə insanı aldadan şəxs həbs edilib - FOTO/VİDEO  |     18:10 Bakıda idman arenasında gənclər arasında dava olub: Ölən var.  |     18:17 İmişli rayon sakininin evindən yeddi kiloqrama yaxın narkotik aşkarlandı - FOTO  |     18:16 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi.  |     18:16 Oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açıldı.  |     18:15 Bakıda marketdə quldurluq edən şəxs saxlandı.  |     18:14 Bakıda pul ödəmə terminallarını talayan şəxs saxlanılıb.  |     18:13 4 yaşlı qızın qətlində adı hallanan qadın niyə tapılmır?  |     18:11 Şirkətdən 20 min manatlıq oğurluq olub.  |     18:09 Bakıda kişinin iki yaşlı oğlunu və qayınanasını bıçaqlaması hadisəsinin detalları.  |     18:06 Ukraynanın üç sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayanıb: Elektrik yoxdur.  |     19:03 Gəncədə 51 yaşlı kişini avtomobil vururaq öldürdü.  |     19:03 Atasını döyərək öldürməkdə şübhəli bilinən şəxsi polis saxlayıb.  |     19:00 QMİ nümayəndəsinin oğluna hökm oxundu.  |     18:59 Sosial şəbəkədə bankın adına səhifə açaraq dələduzluq edən şəxs tutulub.  |    

Lənkəranda narkotik satışına görə 19 nəfər saxlanılıb.
Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat tədbirlərində 19 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            223 22.11.22 19:11