Sumqayıtda qadın anasına niyə beş bıçaq zərbəsi vurub? » Istintaq.Az
19:04 İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldılar  |     18:47 Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb - FOTO/VİDEO  |     18:16 Naxçıvan hava limanında ictimai asayişi pozan şəxs həbs olundu.  |     18:15 Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub.  |     19:34 Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO  |     19:27 Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar - FOTO/VİDEO  |     19:25 Narkomaniyadan əziyyət çəkənlərə işgəncə verməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.  |     19:23 Bakıda müxtəlif mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.  |     19:58 Azərbaycan narkotik qaçaqmalçısı olan İran vətəndaşını beynəlxalq axtarışa verdi.  |     19:57 Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO  |     19:55 Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən şəxs “Kalaşnikov”la tutuldu - FOTO/VİDEO  |     19:52 İrandan Gəncəyə narkotik gətirən şəxs saxlanılıb - FOTO  |     19:50 Bakıda narkotikə görə 46 nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:49 Rüşvətə görə tutulan dekan barəsində qərar verildi.  |     19:48 Tamadanı bıçaqlayan şəxs: “Doqquz min manat verdim ki, şikayətçi olmasın”.  |     19:22 Boşandığı arvadını və qohumlarını bıçalayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO  |     16:38 Binəqədidə iti döyən şəxs cərimələnib.  |     19:06 İrandan külli miqdarda narkotik gətirildi - İki qurumdan Bakıda birgə ƏMƏLİYYAT  |     19:05 Abşeronda narkotikə görə beş nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:04 Azərbaycanda bələdiyyə sədrinə qarşı cinayət işi başlanıldı.  |    

Sumqayıtda qadın anasına niyə beş bıçaq zərbəsi vurub?
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində anasını bıçaqlamaqda ittiham olunan 1986-cı il təvəllüdlü G.Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, G.Əliyeva anası, 1957-ci il təvəllüdü Z.Əliyeva ilə yaşadığı evdə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı o, anasına beş bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan Z.Əliyevanın həyatını xilas etmək mümkün olub.

G.Əliyeva hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə istintaqı zamanı G.Əliyeva dindirilən zaman ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərib ki, hadisə baş verən gün anasından həkimə getmək üçün pul istəyib. Z.Əliyeva isə bir-iki günə ona pul verəcəyini söyləyib. Buna görə də anası ilə dalaşıb və mətbəxdən bıçaq götürərək onu yaralayıb.

Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq deyib ki, beş il müddətində ailəli olub, əri onu mütəmadi döydüyü üçün əsəbləri pozulub. Anası dəfələrlə ona müalicə almağını söyləyib, lakin qadının sözünə qulaq asmayıb. Bıçağı mətbəxdən götürüb, anası çölə çıxıb dördüncü mərtəbəyə düşdüyü üçün arxasınca qaçıb, onu xəsarət yetirib. Səs-küyə qonşular çıxıblar. Anasını bıçaqladıqdan sonra evə qalxıb və təcili tibbi yardıma qonşusunun zəng etdiyini bilib.

G.Əliyevanın sözlərinə görə, anasına xəsarət yetirərkən özündə olmayıb, onu necə vurduğunu isə bilməyib. Eləcə də neçə bıçaq xəsarəti yetirməsi yadında deyil. Həmin ərəfələrdə əsəbləri pozulub, lakin hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməyib, müalicə almayıb.

Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirib ki, qeyri-rəsmi nikahda olub, həmin evlilikdən beş yaşında qızı var. Aliment və sosial yardım almır. Evlənməmişdən əvvəl işləyib, lakin sonralar azyaşlı uşağının qayğısına özü qaldığı üçün çalışmır. Narkotik vasitədən və ya spirtli içkidən istifadə etmir, eləcə də hadisə günü narkotik vasitə və ya spirtli içki qəbul etməyib.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            259 26.11.22 18:18