Məşhur restoranda 40 yaşlı qadının dəhşətli ölümünün təfərrüatı. » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

Məşhur restoranda 40 yaşlı qadının dəhşətli ölümünün təfərrüatı.
Qaradağ rayonundakı məşhur restoranlar şəbəkəsinə məxsus kəsim sexində bədbəxt hadisə baş verib.

Baku.ws xəbər verir ki, təmizlik işləri aparılan zaman ətqarışdıran qurğu qəfil işə düşüb. Hadisə dekabrın 28-də günorta saatlarında qeydə alınıb.

Məlumata görə, 40 yaşlı Rəqsanə Pirməmmədova 1 ay bundan əvvəl kəsim sexində təmizləyici kimi işə başlayıb. O, ehtiyatsızlıqdan əlini ətqarışdıran aparatın başlama düyməsinə basıb. Bu zaman aparat işə düşüb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Bildirilib ki, hadisə baş verən zaman mərhumun yanında heç kim olmayıb. Qışqırtı səsinə işçilər gəlsə də gec olub.

Rəqsanə Pirməmmədovanın Ağsu rayonundan gələrək Lökbatanda kirayə qaldığı deyilir. Ekspertizadan sonra onun meyiti dəfn olunmaq üçün rayona aparılıb. Mərhumun iki övladı qalıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            240 30.12.22 19:01