Şəmkirdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. » Istintaq.Az
19:04 İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldılar  |     18:47 Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb - FOTO/VİDEO  |     18:16 Naxçıvan hava limanında ictimai asayişi pozan şəxs həbs olundu.  |     18:15 Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub.  |     19:34 Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO  |     19:27 Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar - FOTO/VİDEO  |     19:25 Narkomaniyadan əziyyət çəkənlərə işgəncə verməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.  |     19:23 Bakıda müxtəlif mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.  |     19:58 Azərbaycan narkotik qaçaqmalçısı olan İran vətəndaşını beynəlxalq axtarışa verdi.  |     19:57 Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO  |     19:55 Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən şəxs “Kalaşnikov”la tutuldu - FOTO/VİDEO  |     19:52 İrandan Gəncəyə narkotik gətirən şəxs saxlanılıb - FOTO  |     19:50 Bakıda narkotikə görə 46 nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:49 Rüşvətə görə tutulan dekan barəsində qərar verildi.  |     19:48 Tamadanı bıçaqlayan şəxs: “Doqquz min manat verdim ki, şikayətçi olmasın”.  |     19:22 Boşandığı arvadını və qohumlarını bıçalayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO  |     16:38 Binəqədidə iti döyən şəxs cərimələnib.  |     19:06 İrandan külli miqdarda narkotik gətirildi - İki qurumdan Bakıda birgə ƏMƏLİYYAT  |     19:05 Abşeronda narkotikə görə beş nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:04 Azərbaycanda bələdiyyə sədrinə qarşı cinayət işi başlanıldı.  |    

Şəmkirdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

Monitorinq zamanı qanunsuz olaraq balıq ovu məşğul olan Şəmkir rayon sakini Babək Yusifov saxlanılıb. Onun ovladığı 30-dan çox daban (karas) və sıf balığı, qayıq və digər avadanlıqlar maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1067 manat miqdarında zərər vurması müəyyən edilib. B. Yusifov barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            230 14.01.23 13:13