Bərdədə mal-qara oğurluğunda şübhəli bilinən qrup üzvləri saxlanılıblar - FOTO » Istintaq.Az
19:04 İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldılar  |     18:47 Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb - FOTO/VİDEO  |     18:16 Naxçıvan hava limanında ictimai asayişi pozan şəxs həbs olundu.  |     18:15 Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub.  |     19:34 Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO  |     19:27 Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar - FOTO/VİDEO  |     19:25 Narkomaniyadan əziyyət çəkənlərə işgəncə verməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.  |     19:23 Bakıda müxtəlif mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.  |     19:58 Azərbaycan narkotik qaçaqmalçısı olan İran vətəndaşını beynəlxalq axtarışa verdi.  |     19:57 Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO  |     19:55 Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən şəxs “Kalaşnikov”la tutuldu - FOTO/VİDEO  |     19:52 İrandan Gəncəyə narkotik gətirən şəxs saxlanılıb - FOTO  |     19:50 Bakıda narkotikə görə 46 nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:49 Rüşvətə görə tutulan dekan barəsində qərar verildi.  |     19:48 Tamadanı bıçaqlayan şəxs: “Doqquz min manat verdim ki, şikayətçi olmasın”.  |     19:22 Boşandığı arvadını və qohumlarını bıçalayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO  |     16:38 Binəqədidə iti döyən şəxs cərimələnib.  |     19:06 İrandan külli miqdarda narkotik gətirildi - İki qurumdan Bakıda birgə ƏMƏLİYYAT  |     19:05 Abşeronda narkotikə görə beş nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:04 Azərbaycanda bələdiyyə sədrinə qarşı cinayət işi başlanıldı.  |    

Bərdədə mal-qara oğurluğunda şübhəli bilinən qrup üzvləri saxlanılıblar - FOTO
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elzamin Gəncəliyev müəyyən edilərək şöbəyə gətirilib. Onun üzərində aparılan baxış zamanı sellofan bükümlərdə qablaşdırılmış külli miqdarda psixotrop maddə olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Zülfiqar Cəfərov, Əbülfəz Hüseynov və Zülfiqar Əhmədov olduqları müəyyən edilib. Adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq rayonun müxtəlif kəndlərində yerləşən fermalardan 49 baş xırdabuynuzlu və 2 baş iribuynuzu heyvanları oğurlayaraq vətəndaşlara 15 min manata yaxın ziyan vurublar. Araşdırmalarla Z.Cəfərovun yaşadığı ünvandan 19 baş xırdabuynuzlu və 2 baş iribuynuzlu heyvan aşkar edilərək maddi sübut kimi götürülüb. Həmin şəxslərin analoji cinayətlərdə iştiraklarının yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bundan başqa keçirilmiş tədbirlərlə rayon ərazisindəki fermaların birindən xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən daha bir qrup üzvləri də saxlanılıblar. Onların Yevlax rayon sakini Vüsal İsayev, onun həyat yoldaşı kimi yaşadığı Arzu Davidova və Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Anar Babaşov olduqları aşkar edilib. Həmin şəxslər öncədən planlaşdıraraq rayon ərazisində yerləşən fermaya daxil olub və oradan 10 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkmiş şəxsə 2000 manat miqdarında ziyan vurublar.

Qeyd edilən faktlarla əlaqədar Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, müvafiq araşdırmalar davam etdirilir.








Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            304 14.01.23 13:16