Gəncədə evdə partlayış olub - Xəsarət alan var.
Gəncə şəhərində evdə qazsızmasından partlayış olub, xəsarət alan var.İstintaq.az report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü T.Seyidova hamam otağında işığı yandıran zaman partlayış baş verib. Buna səbəb qaz sobasında sızmanın baş verməsi olub.
Nəticədə o, bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!