Dələduzluqda təqsirləndirilən keçmiş tibb bacısına hökm oxunub. » Istintaq.Az
19:04 İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldılar  |     18:47 Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb - FOTO/VİDEO  |     18:16 Naxçıvan hava limanında ictimai asayişi pozan şəxs həbs olundu.  |     18:15 Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub.  |     19:34 Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO  |     19:27 Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar - FOTO/VİDEO  |     19:25 Narkomaniyadan əziyyət çəkənlərə işgəncə verməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.  |     19:23 Bakıda müxtəlif mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.  |     19:58 Azərbaycan narkotik qaçaqmalçısı olan İran vətəndaşını beynəlxalq axtarışa verdi.  |     19:57 Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO  |     19:55 Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən şəxs “Kalaşnikov”la tutuldu - FOTO/VİDEO  |     19:52 İrandan Gəncəyə narkotik gətirən şəxs saxlanılıb - FOTO  |     19:50 Bakıda narkotikə görə 46 nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:49 Rüşvətə görə tutulan dekan barəsində qərar verildi.  |     19:48 Tamadanı bıçaqlayan şəxs: “Doqquz min manat verdim ki, şikayətçi olmasın”.  |     19:22 Boşandığı arvadını və qohumlarını bıçalayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO  |     16:38 Binəqədidə iti döyən şəxs cərimələnib.  |     19:06 İrandan külli miqdarda narkotik gətirildi - İki qurumdan Bakıda birgə ƏMƏLİYYAT  |     19:05 Abşeronda narkotikə görə beş nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:04 Azərbaycanda bələdiyyə sədrinə qarşı cinayət işi başlanıldı.  |    

Dələduzluqda təqsirləndirilən keçmiş tibb bacısına hökm oxunub.
Tanışlarına qarşı dələduzluqda və rüşvət verməyə təhrikçilikdə təqsirləndirilən keçmiş tibb bacısı Həvvaxanım Qasıməliyevaya hökm oxunub və o, iki il müddətinə şərti azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, H.Qasıməliyevaya təyin edilmiş 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası iki il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, 2000-ci il tarixdən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibb bacısı vəzifəsində işləyən H.Qasıməliyeva Aidə Zeynalova ilə görüşərək ona pensiya təyin edilməsində köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. O bildirib ki, bunu guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışı vasitəsilə həyata keçirəcək. Buna görə də A.Zeynalovadan üç min manat alıb.

Təqsirləndirilən şəxs bundan əlavə, pensiya düzəltdirəcəyi adı ilə tanışı Lalə Qasımovaya 6 min 600 manat, Rüstəm Qasıməliyev və Çimnaz Qasıməliyeva 3 min manat, Həbib Əliyevə 3 min manat, Elçin Atayevə 3 min manat, Təranə Abdulzadəyə qarşı 2 min 500 manat dələduzluq edib. Pullar ona əri Rasim Qasıməliyev vasitəsilə çatdırılıb.

Məhkəmədə ifadə verən H.Qasıməliyeva bildirib ki, onu bu işə birlikdə işlədiyi kiçik tibb bacısı Günay Məmmədova cəlb edib və aldığı bütün pulları da ona verib:

“Günay maddi vəziyyətimin aşağı olması, eyni zamanda ərim Rasim Qasıməliyevin taksi fəaliyyəti ilə məşğul olmasından xəbərdar idi. Ona görə 2018-ci ilin mart ayında Günay Məmmədova mənə dedi ki, rahat pul qazanmaq istəyirsənsə, özünə yaxın olan, etibar etdiyin şəxslərə sosial yardım düzəltmək təklifini et. Belə ki, aylıq 380 manat pensiya köçürülməsi üçün 2 500 manat, 250 manat pensiya köçürülməsi üçün isə 2 000 min manatı Günaya verməliyəm, o da öz növbəsində həmin pulu “Lala xanım” dediyi şəxsə verəcək. Bundan başqa, Günay mənə dedi ki, pensiya düzəltmək istəyən şəxslərdən özün üçün də artıq pul alıb qazana bilərsən”.

Zərərçəkmişlər isə öz növbələrində onlara dəymiş maddi ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətlərinin olmadığını deyiblər.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            229 17.01.23 19:07