Ağdaş polisindən əməliyyat: Narkokuryerlərdən biri iş başında tutuldu - FOTO » Istintaq.Az
19:04 İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldılar  |     18:47 Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb - FOTO/VİDEO  |     18:16 Naxçıvan hava limanında ictimai asayişi pozan şəxs həbs olundu.  |     18:15 Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub.  |     19:34 Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO  |     19:27 Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar - FOTO/VİDEO  |     19:25 Narkomaniyadan əziyyət çəkənlərə işgəncə verməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.  |     19:23 Bakıda müxtəlif mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.  |     19:58 Azərbaycan narkotik qaçaqmalçısı olan İran vətəndaşını beynəlxalq axtarışa verdi.  |     19:57 Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO  |     19:55 Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən şəxs “Kalaşnikov”la tutuldu - FOTO/VİDEO  |     19:52 İrandan Gəncəyə narkotik gətirən şəxs saxlanılıb - FOTO  |     19:50 Bakıda narkotikə görə 46 nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:49 Rüşvətə görə tutulan dekan barəsində qərar verildi.  |     19:48 Tamadanı bıçaqlayan şəxs: “Doqquz min manat verdim ki, şikayətçi olmasın”.  |     19:22 Boşandığı arvadını və qohumlarını bıçalayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO  |     16:38 Binəqədidə iti döyən şəxs cərimələnib.  |     19:06 İrandan külli miqdarda narkotik gətirildi - İki qurumdan Bakıda birgə ƏMƏLİYYAT  |     19:05 Abşeronda narkotikə görə beş nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:04 Azərbaycanda bələdiyyə sədrinə qarşı cinayət işi başlanıldı.  |    

Ağdaş polisindən əməliyyat: Narkokuryerlərdən biri iş başında tutuldu - FOTO
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər də dörd dəfə məhkum olunmuş Müzəffər Qədirov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 1 kiloqramdan artıq narkotik vasitə olan heroin, eləcə də 404 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı Müzəffər Qədirovun əcnəbi narkotacirin təsiri altına düşərək pul müqabilində onun üçün paytaxtda, eləcə də ölkə ərazisində narkokuryerlik etdiyi məlum olub. Sonuncu dəfə isə 300 manat qarşılığında üzərindən aşkarlanan narkotik vasitələri Bakıdan Ağdaşa gətirən keçmiş məhkum həmin heroin və metamfetamini rayon ərazisindəki qəbiristanlıqda gizlədərkən iş başında yaxalanıb. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ruslan Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            240 18.01.23 18:27