Göygöldə əməliyyat: Narkotik və silahlar ələ keçdi - FOTO » Istintaq.Az
19:04 İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldılar  |     18:47 Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb - FOTO/VİDEO  |     18:16 Naxçıvan hava limanında ictimai asayişi pozan şəxs həbs olundu.  |     18:15 Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub.  |     19:34 Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO  |     19:27 Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar - FOTO/VİDEO  |     19:25 Narkomaniyadan əziyyət çəkənlərə işgəncə verməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.  |     19:23 Bakıda müxtəlif mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.  |     19:58 Azərbaycan narkotik qaçaqmalçısı olan İran vətəndaşını beynəlxalq axtarışa verdi.  |     19:57 Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO  |     19:55 Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən şəxs “Kalaşnikov”la tutuldu - FOTO/VİDEO  |     19:52 İrandan Gəncəyə narkotik gətirən şəxs saxlanılıb - FOTO  |     19:50 Bakıda narkotikə görə 46 nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:49 Rüşvətə görə tutulan dekan barəsində qərar verildi.  |     19:48 Tamadanı bıçaqlayan şəxs: “Doqquz min manat verdim ki, şikayətçi olmasın”.  |     19:22 Boşandığı arvadını və qohumlarını bıçalayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO  |     16:38 Binəqədidə iti döyən şəxs cərimələnib.  |     19:06 İrandan külli miqdarda narkotik gətirildi - İki qurumdan Bakıda birgə ƏMƏLİYYAT  |     19:05 Abşeronda narkotikə görə beş nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:04 Azərbaycanda bələdiyyə sədrinə qarşı cinayət işi başlanıldı.  |    

Göygöldə əməliyyat: Narkotik və silahlar ələ keçdi - FOTO
Göygöldə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar, həmçinin rayon ərazisində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Şöbənin Cinayət Axtarışı Bölməsinin (CAB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş əsasında satmaq məqsədi ilə əldə etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Zərbiyani saxlanılıb. Polis şöbəsində üzərinə baxış keçirilən zaman şübhəli şəxsin əlindəki çantadan bir kq-dan artıq narkotik maddə olan heroin və iki kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

CAB-ın əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gəncə şəhər sakini Habil Novruzov saxlanılan zaman onun üzərində ümumi çəkisi 100 qramdan artıq olan iki bükümdə narkotik maddə heroin aşkar olunub.

Post-Patrul Xidməti əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Zeynalovdan isə külli miqdarda tiryək aşkar olunub.

Bundan başqa, Göygöl RPŞ-yə rayon ərazisindəki “Ərəbli” su arxının yaxınlığında odlu silah olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan iki ədəd “Makarov” tipli tapança, həmin tapançalara aid bir ədəd sandıqca, bir ədəd PSM markalı tapança və doqquz ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir.











Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            226 19.01.23 18:33