Bakı aeroportunda əməliyyat: Hindistanlı saxlanıldı.
Bakıda əcnəbinin bank hesabından pul oğurlanıb.Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846 000 rupinin (təxminən 17 min 681 manat) qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.
Araşdırma aparılır.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!