Nizami rayonunda qadına qarşı soyğunçuluq edən şəxs tutuldu - VİDEO » Istintaq.Az
19:04 İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldılar  |     18:47 Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb - FOTO/VİDEO  |     18:16 Naxçıvan hava limanında ictimai asayişi pozan şəxs həbs olundu.  |     18:15 Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub.  |     19:34 Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO  |     19:27 Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar - FOTO/VİDEO  |     19:25 Narkomaniyadan əziyyət çəkənlərə işgəncə verməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.  |     19:23 Bakıda müxtəlif mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.  |     19:58 Azərbaycan narkotik qaçaqmalçısı olan İran vətəndaşını beynəlxalq axtarışa verdi.  |     19:57 Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO  |     19:55 Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən şəxs “Kalaşnikov”la tutuldu - FOTO/VİDEO  |     19:52 İrandan Gəncəyə narkotik gətirən şəxs saxlanılıb - FOTO  |     19:50 Bakıda narkotikə görə 46 nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:49 Rüşvətə görə tutulan dekan barəsində qərar verildi.  |     19:48 Tamadanı bıçaqlayan şəxs: “Doqquz min manat verdim ki, şikayətçi olmasın”.  |     19:22 Boşandığı arvadını və qohumlarını bıçalayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO  |     16:38 Binəqədidə iti döyən şəxs cərimələnib.  |     19:06 İrandan külli miqdarda narkotik gətirildi - İki qurumdan Bakıda birgə ƏMƏLİYYAT  |     19:05 Abşeronda narkotikə görə beş nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:04 Azərbaycanda bələdiyyə sədrinə qarşı cinayət işi başlanıldı.  |    

Nizami rayonunda qadına qarşı soyğunçuluq edən şəxs tutuldu - VİDEO
Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.  

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            238 23.01.23 19:03