Ayaz Mütəllibovun keçmiş mətbuat katibi barəsində cinayət işi başlanıldı. » Istintaq.Az
19:04 İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldılar  |     18:47 Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb - FOTO/VİDEO  |     18:16 Naxçıvan hava limanında ictimai asayişi pozan şəxs həbs olundu.  |     18:15 Bakıda yarımstansiyadan 74 min manatlıq oğurluq olub.  |     19:34 Gözəllik salonundan 12 kiloqrama yaxın narkotik və saxta ABŞ dollarları aşkarlanıb - FOTO  |     19:27 Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar - FOTO/VİDEO  |     19:25 Narkomaniyadan əziyyət çəkənlərə işgəncə verməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.  |     19:23 Bakıda müxtəlif mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.  |     19:58 Azərbaycan narkotik qaçaqmalçısı olan İran vətəndaşını beynəlxalq axtarışa verdi.  |     19:57 Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO  |     19:55 Sosial şəbəkədə cinayətkarlığı təbliğ edən şəxs “Kalaşnikov”la tutuldu - FOTO/VİDEO  |     19:52 İrandan Gəncəyə narkotik gətirən şəxs saxlanılıb - FOTO  |     19:50 Bakıda narkotikə görə 46 nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:49 Rüşvətə görə tutulan dekan barəsində qərar verildi.  |     19:48 Tamadanı bıçaqlayan şəxs: “Doqquz min manat verdim ki, şikayətçi olmasın”.  |     19:22 Boşandığı arvadını və qohumlarını bıçalayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO  |     16:38 Binəqədidə iti döyən şəxs cərimələnib.  |     19:06 İrandan külli miqdarda narkotik gətirildi - İki qurumdan Bakıda birgə ƏMƏLİYYAT  |     19:05 Abşeronda narkotikə görə beş nəfər saxlanıldı - FOTO/VİDEO  |     19:04 Azərbaycanda bələdiyyə sədrinə qarşı cinayət işi başlanıldı.  |    

Ayaz Mütəllibovun keçmiş mətbuat katibi barəsində cinayət işi başlanıldı.
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimov (Fətişoğlu) barəsində cinayət işi başlanılıb.

“Report”un məlumatına görə, onun barəsində dələduzluq maddəsi ilə ittiham elan olunub.

Belə ki, T.İbrahimov Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərova qarşı dələduzluq edib. O, həmin şəxsə özünü Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsi ilə istənilən məsələni həll etmək iqtidarında olduğunu deyib. T.İbrahimov bunun qarşılığında B.Ələsgərovdan 25 min manat pul alaraq dələduzluq edib.

Bir müddət sonra T.İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırmalardan sonra onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başladılıb.

İttihama görə, T.İbrahimov öz hərəkətləri ilə Baş Prokurorluğu nüfuzdan salmaq, etimadsızlığa zəmin yaradaraq vətəndaşı rüşvətverməyə təhrik edib.

Cinayət işinin materialları toplanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstintaq orqanı tərəfindən T.İbrahimov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Qeyd edək ki, daha əvvəl T.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra o azadlığa buraxılıb.

Xatırladaq ki, T.İbrahimov Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            250 24.01.23 16:34