İki il əvvəl intihar etdiyi deyilən bir uşaq anasının ölümü yenidən araşdırılacaq . » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

İki il əvvəl intihar etdiyi deyilən bir uşaq anasının ölümü yenidən araşdırılacaq .
2021-ci ilin aprel ayında Sabirabad rayonunda intihar edildiyi deyilən 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızının ölümü ilə bağlı məsələ yenidən araşdırılacaq.

Bu barədə hüquq müdafiəçisi Samir Zeynalov özünün “Facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, qadının intihar etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv olunub:

“24 aprel 2021-ci il tarixində “intihar” etdiyi deyilən Sabirabad rayonu, Cavad kənd sakini Zeynalova Səmayə Xalid qızı ilə bağlı Sabirabad Rayon Prokurorluğunun 19 iyun 2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı Baş Prokurorluq ləğv etdi. Mübarizəmizin birinci və çətin mərhələsini geridə qoymağı bacardıq. Həqiqət gec-tez üzə çıxacaq. Bütün təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar”.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Oxu.Az-ın sorğusuna cavab olaraq həmin fakt təsdiqlənərək bildirilib ki, hazırda Sabirabad Rayon Prokurorluğunda qeyd olunan cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, bir uşaq anası S.Zeynalova Sabirabad rayonunun Cavad kənd sakini, Səmayə Zeynalovanın özünü yaşadığı evin həyətindəki nar ağacından asdığı ilə bağlı məlumat yayılmışdı.

Qız ailəli olduğu dövrdə valideynlərinə həyat yoldaşı, qayınatası, qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərini və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edib, boşanmaq istəyib. Qızın atası onun boşanmasına razılıq verib, amma anası qəti etiraz edib. Daha sonra ailə S.Zeynalovanı ölüm həddinə əri və ailəsinin çatdırdığını açıqlayıb.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            301 25.01.23 18:37