Ağcabədidə mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

Ağcabədidə mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kənd ərazisində yerləşən mağazadan oğurluq edən şəxs isti izlərlə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, rayonun Aşağı Mehrablı kəndində yerləşən mağazaya naməlum şəxs və ya şəxslərin pəncərədən daxil olaraq həmin obyektdən oğurluq etməsi barədə polis əməkdaşlarına məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Pənah Həsənli isti izlərlə saxlanılıb. Onun danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsulları oğurlayaraq zərərçəkmişə müəyyən miqdarda ziyan vurduğu müəyyən edilib. Əşyaların bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.








Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            283 28.01.23 15:37