Boşandığı arvadını və qohumlarını bıçalayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

Boşandığı arvadını və qohumlarını bıçalayan şəxsin son qurbanı köməyə gələn qonşu olub - VİDEO
Sosial şəbəkə vasitəsi ilə tanış olub, 2016-cı ildə ailə quran cütlüyün boşanması faciəyə səbəb olub.

“ATV Xəbər” xəbər verir ki, hadisəni törədən Babək Nəsirov və Elnurə Həmidovanın birgə nikahdan 2 övladı var.

Sumqayıtda yaşayan cütlüyün ayrılmasından sonra Elnurə övladlarını da götürüb Gəncəyə - ata evinə qayıdır.

34 yaşlı Babək Nəsirov Elnurəni burada da rahat buraxmayıb. Barışmayacağı təqdirdə onu öldürəcəyi ilə hədələyib.

“Sözünü tutan” Babək əvvəl qaynına, həyat yoldaşına, sonra isə onun əmisinə bıçaqla xəsarət yetirib.

Çarəsiz qalan qonşusuna köməyə gələn qadın da eyni aqibətlə qarşılaşıb. Nəticədə ürəyi soyumayan Babək köməyə gələn qonşunu da bıçaqlayıb.

Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisədə şübhəli bilinən Babək Nəsirov isə Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            250 01.02.23 19:22