Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO
Şəmkirdə 2 000 manata “Kalaşnikov” avtomatı satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 2 000 manata satmaq istəyən rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Aslanov saxlanılıb.

Şübhəli şəxsin əlindəki torbadan bir ədəd atəşə yararlı “Kalaşnikov” avtomatı, bir ədəd həmin avtomata məxsus daraq və 16 ədəd 7,62 mm-lik patron aşkar edilib. Baxış zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə olan heroin də müəyyən olunaraq götürülüb.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin yanvar ayında qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması  istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində ümumilikdə rayon sakinlərinə məxsus 29 ədəd müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sahibləri ilə profilaktiki söhbət apararaq barələrində qanunamüvafiq tədbir görən polis əməkdaşları zəruri kompleks əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.













Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 02.02.23 19:57