Cəlilabadda keçmiş həyat yoldaşını qətlə yetirib, intihara cəhd edən şəxs xəstəxanada ölüb.
Cəlilabad rayonunda keçmiş həyat yoldaşını qətlə yetirib, intihara cəhd edən 1987-ci il təvəllüdlü Elxan Əmanov xəstəxanada ölüb.“Report”un məlumatına görə, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, fevralın 6-da Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!