Göyçayda silah gəzdirən, narkotiklərin dövriyyəsi ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar - FOTO » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

Göyçayda silah gəzdirən, narkotiklərin dövriyyəsi ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar - FOTO
Göyçayda üzərində tapança gəzdirən, narkotiklərin dövriyyəsi ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində üzərində odlu silah gəzdirən, mənzildən oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutularaq istintaqa təqdim olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında üzərində narkotik vasitə və odlu silah-sursat daşımaqda şübhəli bilinən Gəncə şəhər sakini Heydər Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 31 qram heroin, külli miqdarda metamfetamin, eləcə də “Makarov” markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə Göyçay şəhər sakini Elvin Ədilov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən heroin aşkarlanaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində isə fərdi yaşayış evindən oğurluq edən şəxs tutulub. Belə ki, şəhər ərazisində yerləşən mənzillərin birindən 2 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilən tədbirlərlə cinayəti törədən şəxsin rayon sakini Natiq Soltanov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladığı qızılları borclu olduğu şəxsə verdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.











Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            220 22.02.23 18:53