Şəmkirdə 64 yaşlı qadını öldürən şəxs saxlanılıb.
Fevralın 19-da Şəmkir rayon Zəyəm Cırdaxan kənd sakini 1959-cu təvəllüdlü Əntiqə Məmmədovanın öldürülməsi barədə polisə məlumat daxil olub.Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
“Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib”, - o vurğulayıb.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!