Sumqayıtda yol qəzası baş verib, yaralanan var.
Sumqayıtda yol qəzası baş verib.APA-nın yerli bürosunun məlumatına görə qəza şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki hərəkətdə olan “Tofaş” markalı avtomobil 7 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.
Nəticədə avtomobilin sürücüsü 1996-cı il təvəllüdlü Şahbazov Kənan Fəzail oğlu xəsarət alıb.
Yaralı təcili yardım avtomobili ilə Sumqayıt təcili tibbi yardım xəstəxanasına aparılıb.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!