Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var.
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə rayon sakinləri, 2006-ci il təvəllüdlü Ü.Piriyev və 2007-ci il təvəllüdlü İ.Mikayılov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!