Ordubadda oğurluq edən şəxs saxlanılıb.
Ordubad rayon Qoşadizə kəndində oğurluq hadisəsi baş verib.APA-nın Naxçıvan bürosu xəbər verir ki, Ordubad RPŞ-i tərəfindən aparılan təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törədən Səməd Babayev müəyyənləşdirilərək saxlanılıb. Oğurladığı pul əskinasları maddi sübut kimi götürülüb. Şəxs barədə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!