Tovuzda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib. » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

Tovuzda yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib.
Tovuzda yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Azaflı kəndində, vətəndaşa məxsus tövlədə qeydə alınıb. Yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub. Dərhal əraziyə FHN-nin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb, tövlədə olan heyvanlar xilas edilib.

Yanğın zamanı 51 yaşlı Qurban Sadıqov tüstüdən zəhərlənib. Zərərçəkən təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisə barədə FHN də məlumat yayıb. Qeyd olunub ki, Tovuz rayonunun Azaflı kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və çardağına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            278 01.03.23 20:14