Coratda narkotik satanlar tutulub - VİDEO » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

Coratda narkotik satanlar tutulub - VİDEO
Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Corat qəsəbəsində yaşayan Tahir Quliyev tutularaq istintaqa təqdim ediliblər.

Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin aşkar olunub. Tahir Quliyev Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul oluğunu etiraf edib. Qeyd edək ki, 1-ci Polis Bölməsinin əməkdaşlarının ilin əvvəlindən əsasən Corat qəsəbəsi və ətraf ərazilərdə həyata keçirdikləri silsilə əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda müxtəlif adda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Onlar barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı evlərdən oğurluqlar edən əvvəllər məhkum olunmuş Fərman Paşayev də saxlanılıb. Onun Sumqayıt şəhərində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Fərman Paşayevin Sumqayıt şəhərində digər analoji cinayətlərdə iştirak edib-etmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            244 01.03.23 20:16