Saatlı sakinindən avtomat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Mustafabəyli kənd sakini Cəlal Camalovdan nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 60 ədəd patron və 2 ədəd patron darağı götürülüb. Araşdırma aparılır.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!