Bakıda qadın gözəllik salonundan oğurluq edib.
Bakıda gözəllik salonundan oğurluq edilib.DİN-dən verilən məlumata görə, Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində orada işləyən qadının içərisində 1300 manatı və bank kartları olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!