Taksi sürücüsünü qətlə yetirib, maşını qaçıran şəxsin məhkəməsi başlayır. » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

Taksi sürücüsünü qətlə yetirib, maşını qaçıran şəxsin məhkəməsi başlayır.
Masallı rayon sakini Etibar Məmmədovun ötən il noyabrın 18-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, ibtidai istintaqla Müşviq İskəndərovun kəsici-deşici alətlə Etibar Məmmədova çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra sonuncunun avtomobili ilə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan əlavə, Müşviq İskəndərov polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Müşviq İskəndərova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 185.1 (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) və 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, qətlə yetirilən Etibar Məmmədov taksi sürücüsü olub.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            305 09.03.23 18:24