Bakıda atışma olub, 2 nəfər xəsarət alıb, saxlanılan var.
Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı saxlanılan var.APA-nın əldə etdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən tutulub.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!