“Papanin” və “Kubinka”da narkotik satan 8 nəfər tutulub. » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

“Papanin” və “Kubinka”da narkotik satan 8 nəfər tutulub.
Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 8 nəfər – Elnarə Əliyeva, Ələkbər Abuzərov, Cavad Quliyev, Nəcməddin Mehdiyev, Rüfət Quliyev, Zöhrab Dadaşbalayev, Vaqif Abdullayev və Ədalət Həsənov saxlanılıblar. Həmin şəxslərdən külli miqdarda heroin, tiryək, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            206 10.03.23 16:20