Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub. » Istintaq.Az
19:34 Sədərəkdə oğurluq edən şəxs saxlanılıb.  |     19:33 İmişlidə piyadanı öldürən sürücü hadisə yerindən qaçıb.  |     19:31 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb.  |     19:30 Gəncədə 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.  |     19:29 Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb - EKSKLÜZİV  |     19:27 Bakıda 7 otaqlı evdə yanğın olub.  |     14:44 5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.  |     14:42 Bakıda narkotik dövriyyəsinə görə daha 48 nəfər saxlanılıb.  |     14:35 Böyükşor gölündə meyit tapılıb.  |     19:26 Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın 2 min manat cərimələnib.  |     19:24 İrandan 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO  |     19:23 Füzulidə ev yanıb.  |     19:21 Zabratda hərbi sursat aşkar edilib - FOTO  |     19:18 Bakıda təqaüdçü qadın intihar edib.  |     19:16 Narkotik satışında ittiham olunan iki nəfərə bəraət verilib.  |     19:15 Babək rayonunda qamışlıq ərazi yanıb.  |     19:14 Sabirabadda ev və həyətyanı sahə yanıb.  |     14:15 Azərbaycan sərhədini pozmağa cəhd edən Qvineya və Liberiya vətəndaşları saxlanılıb.  |     13:47 Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.  |     16:23 “Uber” və “Bolt”un sərnişinlərə əxlaqsız təkliflər edən 10 sürücüsü tutulub.  |    

Sabunçuda narkotik satışı ilə məşğul olan 7 nəfər tutulub.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Maştağa qəsəbə sakini Malik Qədimov narkotiklərin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib.

Qeyd edək ki, Malik Qədimov Maştağa qəsəbəsində narkotiklərin satışını təşkil edən əsas şəxslərdən biri olub. Araşdırma zamanı onun narkotikləri İranda yaşayan şəxsiyyəti məlum olmayan həmin ölkənin vətəndaşından aldığı müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Malik Qədimovun paytaxt ərazisində narkotiklərin satışını təşkil etmək üçün yaratdığı narkoşəbəkənin digər üzvlərinin də saxlanılması təmin olunub. Tədbirin davamı olaraq İzzət Abdullayev, Kənan Ələkbərov, Yusif Rəhimov, Teymur Xəlilov və Azad Manafov da saxlanılıblar. Bu şəxslərdən də əlavə olaraq hazır bükümlər şəklində satış üçün qablaşdırılan külli miqdarda heroin, metamfetamin və marixuana aşkar olunub.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı isə Savalan yaşayış massivində narkotik vasitələrin satışı ilə məşğul olan Elnarə Ələkbərova da saxlanılıb. Onun yaşadığı evdən isə satmaq üçün nəzərdə tutulan 17 ədəd kibrit qutusunda qablaşdırllan marixuana, eləcə də 9 büküm heroin və metamfetamin aşkar olunub. Elnarə Ələkbərova ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.








Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 11.03.23 13:47