DİN və DSX İmişlidə əməliyyat keçirib, İrandan gətirilən 14 kq narkotik götürülüb - FOTO » Istintaq.Az
17:10 Bakıda kondisioner ustası faciəvi şəkildə öldü.  |     17:10 Xaçmazda bir ailənin dörd üzvünü it dişləyib.  |     17:09 Bakıda məktəblilər arasında dava düşdü: Bıçaqlananlar var.  |     17:08 Tovuzda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.  |     15:12 Qubadlıda çayın sahilində bir tondan artıq çətənə bitkisi aşkar edilib - FOTO  |     15:11 Biləsuvarda qaçırılan qız intihara cəhd etdi.  |     15:10 İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO  |     15:09 Görədil bağlarında evdən 12 min manatlıq oğurluq olub.  |     14:22 Şəmkir sakinini maşın vuraraq öldürüb.  |     14:21 Bərdədə 2 maşın toqquşub, xəsarət alanlar var - FOTO  |     13:18 Bakıda dava: 14 yaşlı yeniyetmə bıçaqlandı.  |     13:17 Qubada gənc oğlan qətlə yetirilib.  |     13:16 Göyçayda gənc qız bədbəxt hadisədə ağır xəsarətlər alıb.  |     13:15 Qaxda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış və parçalanmış meyiti tapıldı - FOTO  |     13:14 Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb - FOTO/VİDEO  |     13:13 Sirkə içən qadın beş gün sonra öldü.  |     13:12 Bakıda və Neftçalada kişi meyitləri aşkarlanıb.  |     13:11 Bakıda yeniyetmələr dəmiryolu dayanacağından oğurluq ediblər.  |     13:09 Tərtərdə sakinlərdən odlu və soyuq silahlar götürülüb.  |     18:58 Bakıda əl qumbarası tapılıb.  |    

DİN və DSX İmişlidə əməliyyat keçirib, İrandan gətirilən 14 kq narkotik götürülüb - FOTO
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti İmişlidə növbəti birgə əməliyyat keçirib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha bir nəfər saxlanılıb. Tədbir zamanı paytaxt sakini Elməddin Hüseynov İmişli rayonu ərazisində tutulub. Bu şəxsdən ümumilikdə 14 kiloqram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilib. İlkin sorğu zamanı Elməddin Hüseynov ondan aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Baba” adı ilə tanıdığı şəxsin vasitəsilə İmişli rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edilib ki, son 1 ay ərazində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində ümumilikdə 131 kiloqram müxtəlif növ güclü təsiredici xassəli narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            287 20.04.23 17:53