Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb - FOTO » Istintaq.Az
17:10 Bakıda kondisioner ustası faciəvi şəkildə öldü.  |     17:10 Xaçmazda bir ailənin dörd üzvünü it dişləyib.  |     17:09 Bakıda məktəblilər arasında dava düşdü: Bıçaqlananlar var.  |     17:08 Tovuzda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.  |     15:12 Qubadlıda çayın sahilində bir tondan artıq çətənə bitkisi aşkar edilib - FOTO  |     15:11 Biləsuvarda qaçırılan qız intihara cəhd etdi.  |     15:10 İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO  |     15:09 Görədil bağlarında evdən 12 min manatlıq oğurluq olub.  |     14:22 Şəmkir sakinini maşın vuraraq öldürüb.  |     14:21 Bərdədə 2 maşın toqquşub, xəsarət alanlar var - FOTO  |     13:18 Bakıda dava: 14 yaşlı yeniyetmə bıçaqlandı.  |     13:17 Qubada gənc oğlan qətlə yetirilib.  |     13:16 Göyçayda gənc qız bədbəxt hadisədə ağır xəsarətlər alıb.  |     13:15 Qaxda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış və parçalanmış meyiti tapıldı - FOTO  |     13:14 Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb - FOTO/VİDEO  |     13:13 Sirkə içən qadın beş gün sonra öldü.  |     13:12 Bakıda və Neftçalada kişi meyitləri aşkarlanıb.  |     13:11 Bakıda yeniyetmələr dəmiryolu dayanacağından oğurluq ediblər.  |     13:09 Tərtərdə sakinlərdən odlu və soyuq silahlar götürülüb.  |     18:58 Bakıda əl qumbarası tapılıb.  |    

Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb - FOTO
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı bir ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus bir ədəd sandıqça və 25 ədəd patron aşkar edilərək götürülüb.

Dindirilmə zamanı R.Cəfərov silahı bir müddət əvvəl Bakı şəhəri ərazisindən tapdığını və satmaq niyyəti ilə Zərdab rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Aşkar edilən silahın hər hansı bir cinayət hadisəsində istifadə olunub-olunmadığı araşdırılır.







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            297 02.05.23 14:39