Şirvan polisi əməliyyat keçirdi: 73 nəfər saxlandı - VİDEO » Istintaq.Az
17:10 Bakıda kondisioner ustası faciəvi şəkildə öldü.  |     17:10 Xaçmazda bir ailənin dörd üzvünü it dişləyib.  |     17:09 Bakıda məktəblilər arasında dava düşdü: Bıçaqlananlar var.  |     17:08 Tovuzda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.  |     15:12 Qubadlıda çayın sahilində bir tondan artıq çətənə bitkisi aşkar edilib - FOTO  |     15:11 Biləsuvarda qaçırılan qız intihara cəhd etdi.  |     15:10 İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO  |     15:09 Görədil bağlarında evdən 12 min manatlıq oğurluq olub.  |     14:22 Şəmkir sakinini maşın vuraraq öldürüb.  |     14:21 Bərdədə 2 maşın toqquşub, xəsarət alanlar var - FOTO  |     13:18 Bakıda dava: 14 yaşlı yeniyetmə bıçaqlandı.  |     13:17 Qubada gənc oğlan qətlə yetirilib.  |     13:16 Göyçayda gənc qız bədbəxt hadisədə ağır xəsarətlər alıb.  |     13:15 Qaxda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış və parçalanmış meyiti tapıldı - FOTO  |     13:14 Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb - FOTO/VİDEO  |     13:13 Sirkə içən qadın beş gün sonra öldü.  |     13:12 Bakıda və Neftçalada kişi meyitləri aşkarlanıb.  |     13:11 Bakıda yeniyetmələr dəmiryolu dayanacağından oğurluq ediblər.  |     13:09 Tərtərdə sakinlərdən odlu və soyuq silahlar götürülüb.  |     18:58 Bakıda əl qumbarası tapılıb.  |    

Şirvan polisi əməliyyat keçirdi: 73 nəfər saxlandı - VİDEO
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən bu ilin mart-aprel ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq silah saxlama və xuliqanlıq cinayətləri edən ümumilikdə 73 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Həmin şəxslərdən 60-ı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 22-i barəsində məhkəmə tərəfindən həbs, 38-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən külli miqdarda heroin, marixuana, metamfetamin, narkotik tərkibli həblər, həmçinin aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri çıxarılıb.

Qeyd edilən dövr ərzində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə, şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 3, qanunsuz olaraq odlu silah saxlayan və xuliqanlıq hərəkətləri edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Aşkar edilən faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 03.05.23 18:30