Prokurorluq: Quyuda 2 azyaşlının meyitinin aşkar edilməsi faktı üzrə araşdırma aparılır.
Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.
Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma davam edir.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!