Tuğda meşədə erməni hərbi qüvvələrinə məxsus xeyli partlayıcı tapılıb.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus partlayıci vasitələr aşkar edilib.Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, polis əməkdaşları rayonun Tuğ kəndindəki meşə massivində 52 ədəd müxtəlif növ mərmi və 14000 ədəd avtomat patronu aşkar edərək Minatəmizləmə Agentliyinə təhvil verib.



Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!