Bakıda evlərdən 8 min manatlıq oğurluq edən şəxs saxlanılıb.
Bakıda evlərdən oğurluq edən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsi Atçılıq massivindəki bir evdən pul və 4700 manat dəyərində qızıl-zinət əşyaları, Buzovna qəsəbəsindəki digər bir evdən isə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Manaflı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!