Qəbələ və Naxçıvanda döyülmə hadisəsi olub. » Istintaq.Az
17:10 Bakıda kondisioner ustası faciəvi şəkildə öldü.  |     17:10 Xaçmazda bir ailənin dörd üzvünü it dişləyib.  |     17:09 Bakıda məktəblilər arasında dava düşdü: Bıçaqlananlar var.  |     17:08 Tovuzda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.  |     15:12 Qubadlıda çayın sahilində bir tondan artıq çətənə bitkisi aşkar edilib - FOTO  |     15:11 Biləsuvarda qaçırılan qız intihara cəhd etdi.  |     15:10 İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO  |     15:09 Görədil bağlarında evdən 12 min manatlıq oğurluq olub.  |     14:22 Şəmkir sakinini maşın vuraraq öldürüb.  |     14:21 Bərdədə 2 maşın toqquşub, xəsarət alanlar var - FOTO  |     13:18 Bakıda dava: 14 yaşlı yeniyetmə bıçaqlandı.  |     13:17 Qubada gənc oğlan qətlə yetirilib.  |     13:16 Göyçayda gənc qız bədbəxt hadisədə ağır xəsarətlər alıb.  |     13:15 Qaxda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış və parçalanmış meyiti tapıldı - FOTO  |     13:14 Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb - FOTO/VİDEO  |     13:13 Sirkə içən qadın beş gün sonra öldü.  |     13:12 Bakıda və Neftçalada kişi meyitləri aşkarlanıb.  |     13:11 Bakıda yeniyetmələr dəmiryolu dayanacağından oğurluq ediblər.  |     13:09 Tərtərdə sakinlərdən odlu və soyuq silahlar götürülüb.  |     18:58 Bakıda əl qumbarası tapılıb.  |    

Qəbələ və Naxçıvanda döyülmə hadisəsi olub.
Qəbələ sakini döyülərək xəstəxanalıq olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Rayon Mərkəzi Xəstəxanasına gələn 1996-cı il təvəllüdlü Mıxlıqovaq kənd sakini Oruclu Orxan Azad oğlunda sol baldırın əziyi və yaralanmalar müəyyən olunub.

Xəsarət alan şəxsə ilk tibbi yardım göstərilib. İlkin məlumatlara və ehtimala əsasən, həmin şəxs kimlərsə tərəfindən döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Orxan Oruclunun döyülməsi ilə bağlı rayon polis şöbəsinə də müraciəti daxil olub və hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.

Naxçıvan şəhərində də döyülmə hadisəsi baş verib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən axşam şəhərin mərkəzi küçələrinin birində olub.

Belə ki, Qaraçuq kənd sakini, 2008-ci il təvəllüdlü Məmmədov Sabir Arzu oğlu kütləvi dava zamanı döyülüb. O, müəyyən bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            278 19.05.23 17:42