Qobustanda yol qəzası olub, piyada ölüb.
Qobustanda ölümlə nəticələnən yol qəzası olub.APA xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində 1993-cü il təvəllüdlü Kamilov Mirdamət Mirkamıl oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə piyada 2001-ci il təvəllüdlü Rüstəmov Vüqar Pünhan oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!