Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb - FOTO/VİDEO » Istintaq.Az
17:10 Bakıda kondisioner ustası faciəvi şəkildə öldü.  |     17:10 Xaçmazda bir ailənin dörd üzvünü it dişləyib.  |     17:09 Bakıda məktəblilər arasında dava düşdü: Bıçaqlananlar var.  |     17:08 Tovuzda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.  |     15:12 Qubadlıda çayın sahilində bir tondan artıq çətənə bitkisi aşkar edilib - FOTO  |     15:11 Biləsuvarda qaçırılan qız intihara cəhd etdi.  |     15:10 İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO  |     15:09 Görədil bağlarında evdən 12 min manatlıq oğurluq olub.  |     14:22 Şəmkir sakinini maşın vuraraq öldürüb.  |     14:21 Bərdədə 2 maşın toqquşub, xəsarət alanlar var - FOTO  |     13:18 Bakıda dava: 14 yaşlı yeniyetmə bıçaqlandı.  |     13:17 Qubada gənc oğlan qətlə yetirilib.  |     13:16 Göyçayda gənc qız bədbəxt hadisədə ağır xəsarətlər alıb.  |     13:15 Qaxda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış və parçalanmış meyiti tapıldı - FOTO  |     13:14 Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb - FOTO/VİDEO  |     13:13 Sirkə içən qadın beş gün sonra öldü.  |     13:12 Bakıda və Neftçalada kişi meyitləri aşkarlanıb.  |     13:11 Bakıda yeniyetmələr dəmiryolu dayanacağından oğurluq ediblər.  |     13:09 Tərtərdə sakinlərdən odlu və soyuq silahlar götürülüb.  |     18:58 Bakıda əl qumbarası tapılıb.  |    

Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb - FOTO/VİDEO
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən ayrı-ayrı vətəndaşların torpaq sahələrinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən sənədlərdə saxtakarlıq hallarının aşkar edilməsi faktlarına dair Daxili İşlər Nazirliyinə edilən müraciətlər əsasında xüsusi əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təqdim edilən saxtakarlıq halları əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində saxta sənədləri hazırlayan, həmçinin istifadə edən şəxslərin dairəsi müəyyən edilib.

Tədbir nəticəsində saxta sənədlərin hazırlanmasına birbaşa rəhbərliyi həyata keçirən Saatlı rayon sakini, paytaxt ərazisində daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərən Qamət  Soltanov şübhəli şəxs qismində tutulub. Onun ofisinə, idarə etdiyi avtomobilə və paytaxtın Suraxanı rayonunda yaşadığı ünvana baxış zamanı saxta sənədlərin hazırlanmasında istifadə etdiyi müxtəlif dövlət və bələdiyyə orqanlarına aid 31 ədəd saxta möhür, iki ədəd ştamp, saxta sənəd nümunələrinin saxlanıldığı altı ədəd yaddaş kartı, notbuk, rəngli printer qurğusu, hazırlanmış saxta sənədlər və digər dəftərxana ləvazimatları aşkar edilərək götürülüb. Qamət Soltanov ifadəsində torpaq sahələrinin dövlət qeydiyyatına alınması üçün saxta sənədlərin hazırlanması ilə məşğul olduğunu etiraf edib.



Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            240 25.05.23 19:46