Bakıda sahibkar arvadını öldürən ərlə bağlı qərar açıqlandı. » Istintaq.Az
17:10 Bakıda kondisioner ustası faciəvi şəkildə öldü.  |     17:10 Xaçmazda bir ailənin dörd üzvünü it dişləyib.  |     17:09 Bakıda məktəblilər arasında dava düşdü: Bıçaqlananlar var.  |     17:08 Tovuzda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.  |     15:12 Qubadlıda çayın sahilində bir tondan artıq çətənə bitkisi aşkar edilib - FOTO  |     15:11 Biləsuvarda qaçırılan qız intihara cəhd etdi.  |     15:10 İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO  |     15:09 Görədil bağlarında evdən 12 min manatlıq oğurluq olub.  |     14:22 Şəmkir sakinini maşın vuraraq öldürüb.  |     14:21 Bərdədə 2 maşın toqquşub, xəsarət alanlar var - FOTO  |     13:18 Bakıda dava: 14 yaşlı yeniyetmə bıçaqlandı.  |     13:17 Qubada gənc oğlan qətlə yetirilib.  |     13:16 Göyçayda gənc qız bədbəxt hadisədə ağır xəsarətlər alıb.  |     13:15 Qaxda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış və parçalanmış meyiti tapıldı - FOTO  |     13:14 Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb - FOTO/VİDEO  |     13:13 Sirkə içən qadın beş gün sonra öldü.  |     13:12 Bakıda və Neftçalada kişi meyitləri aşkarlanıb.  |     13:11 Bakıda yeniyetmələr dəmiryolu dayanacağından oğurluq ediblər.  |     13:09 Tərtərdə sakinlərdən odlu və soyuq silahlar götürülüb.  |     18:58 Bakıda əl qumbarası tapılıb.  |    

Bakıda sahibkar arvadını öldürən ərlə bağlı qərar açıqlandı.
Bakı Apellyasiya Məhkəməsində arvadını qətlə yetirməkdə ittiham olunan Vüsal Bayramovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Bayramov arvadı Ayşə Bayramovanı qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2022-ci ilin sentyabr ayında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Ayşə Bayramova bir neçə geyim mağazasının sahibi olub.

Nizami Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilib ki, sentyabrın 2-də saat 23 radələrində Məmmədəli Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Bayramovanın öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Bayramovanın qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüsal Bayramov barəsində həbs qətimkan tədbiri seçilib.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            281 25.05.23 19:51