Sabirabadda 20 yaşlı ana niyə intihar edib? - Anası boşanmasına icazə verməyib... » Istintaq.Az
20:00 Daha 2 narkotik alverçisi ələ keçirildi  |     19:46 Qohumunun maşınının hissələrini söküb satdı -FOTO  |     19:41 Bakıda intihara cəhd oldu  |     17:53 Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub  |     17:50 Tərtərdə 2 yaşlı uşağı qətlə yetirən şəxsin məhkəməsi başlayır  |     17:35 Bakıda narkotik vasitə qəbul edən kişi öldü  |     17:03 Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi  |     16:59 Azərbaycanda xanım vəkilin şok fırıldağı — Müdafiə etdiyi şəxslə evləndi və...  |     16:34 Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb  |     16:22 Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı  |     16:17 İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu - FOTO  |     15:00 Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı  |     14:04 Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO  |     13:44 Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib  |     13:42 Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib  |     13:40 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb  |     13:37 Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü - İfadəsi DƏHŞƏTƏ GƏTİRDİ  |     13:34 "Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl  |     13:13 Bakıda əkizlər doğuş zamanı öldü  |     12:44 Meşədə narkotik becərən şəxs tutuldu - FOTO  |    

Sabirabadda 20 yaşlı ana niyə intihar edib? - Anası boşanmasına icazə verməyib...
Sabirabad rayonunda 20 yaşlı qadın intihar edib.

 Hadisə aprelin 24-də axşam saatlarında qeydə alınıb. Rayonun Cavad kənd sakini 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızı özünü yaşadığı evin həyətindəki nar ağacından asıb.

Amma ailənin yaxınları iddia edir ki, nar ağacı elastik olduğu üçün oradan kiminsə özünü asması inandırıcı deyil. Onların sözlərinə görə, qızlarını yerdə uzanıqlı vəziyyətdə tapıblar.

Məlumata görə, üç il öncə ailə həyatı quran Səmayə Zeynalovanın 1 yaş 6 aylıq oğlu var. İddiaya görə, qız ailəli olduğu dövrdə valideyinlərinə həyat yoldaşı, qayınatası və qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərindən və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edərək boşanmaq istədiyini bildirib. Qızın atası boşanmaya razılıq versə də, anası buna etiraz edərək ailəsini dağıtmamasını tapşırıb.

Sabirabad rayon prokurorluğundan "Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb: "İstintaq davam etdirilir. İddialarla bağlı heç bir açıqlama verə bilmərik”.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            13 26.04.21 12:12