Peyvənddən iki gün sonra ölən şəxslə bağlı xəstəxanadan AÇIQLAMA » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

Peyvənddən iki gün sonra ölən şəxslə bağlı xəstəxanadan AÇIQLAMA
Azərbaycanda koronavirusa qarşı peyvənd olunan Samir Məhərrəmov iki gün sonra vəfat edib.

İstintaq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Mütəmadi səyahətlər edən S.Məhərrəmov COVID-19 pasportu almaq üçün “Sinovac” vaksini vurdurub. Mayın 29-da huşunu itirərək yıxılıb və ailəsi onu “Baku Medical Plaza” klinikasına yerləşdiriblər.

Komada olan S.Məhərrəmov orada vəfat edib. Məlumata görə, beynində tromblaşmanı açmaq üçün tibbi müdaxilə etsələr də, onun həyatını xilas edə bilməyiblər.

Qeyd edilib ki, Samir Məhərrəmov yüksək təzyiqdən beyin infarktı (işemik insult) keçirib.

“Baku Medical Plaza”dan “Qafqazinfo”ya bildirilib ki, S.Məhərrəmov peyvənd olunandan sonra halı pisləşdiyi üçün klinikaya gətirilib:

“Onun ailəsinin icazəsi olmadan ölüm səbəbini açıqlaya bilmərik. Bizim klinikaya ağır vəziyyətdə daxil olub. Ölüm səbəbini rəsmi bilmək üçün tibbi ekspertizadan keçirilməli idi. Ailənin bunu edib-etmədiyindən məlumatsızıq”.

Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciət edərək bildirmişdi ki,  peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi kimi iddiaların heç bir elmi əsası yoxdur.

Azərbaycanda vaksinasiyaya başlanılması dönəmində də TƏBİB peyvənddən sonra ölüm halı məsələsinə aydınlıq gətirmişdi:

“Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər. Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər “CoronaVac” peyvəndinin üçüncü klinik faza tədqiqatları zamanı heç bir ölkədə ölüm halı müşahidə olunmayıb”.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            39 03.06.21 19:32