Sumqayıtda avtomobil avtobusa çırpıldı, xəsarət alanlar var - FOTO » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

Sumqayıtda avtomobil avtobusa çırpıldı, xəsarət alanlar var - FOTO
Sumqayıtda iki nəfərin ağır xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

İstintaq.az APA-ya istinadən xəbər verir iki, qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, 90 CY 926 dövlət nömrə nişanlı “Renault Megane” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 50 AE 970 dövlət nömrə nişanlı “İsuzu” markalı avtobusa çırpıb.

Qəza nəticəsində taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilinin sürücüsü - 1991-ci il təvəllüdlü Abıyev Elçin Sehran oğlu və onun sərnişini, 1971-ci il təvəllüdlü İsmayılova Şəkər Səfərəli qızı ağır bədən xəsarətləri alıblar. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.














Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            40 04.06.21 17:37