8-ci sinif şagirdini 38 yaşlı oğlana ərə verdilər: Rusiyaya aparacaq - FOTO » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

8-ci sinif şagirdini 38 yaşlı oğlana ərə verdilər: Rusiyaya aparacaq - FOTO
“Lənkəranın istirahət mərkəzlərinin birində mayın 5-də 14 yaşlı qızı 38 yaşında oğlan ilə nişanlayıblar”.


Bu barədə Lent.az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:

“Qızın nişanlandığı Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur. Qızın atası vəfat etdiyi üçün o anası ilə birgə babasının evində yaşayır. Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”.

K.Ağazadə qeyd edib ki, nişan mərasiminin olması faktını həm məktəb direktoru, həm də Bədəlan kənd ərazi nümayəndəsi təkzib edir:

“Ancaq mən bununla bağlı bir çox şəxslərlə, kənd sakinləri ilə əlaqə saxlamışam. Nişan olub, amma hamı susur. Şəkil isə sizi aldatmasın, nişanlanan qız ucaboyludur”.







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            28 08.06.21 18:26