Evə basqın edib qadına naməlum iynə vurdular,sonra görün nə etdilər » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

Evə basqın edib qadına naməlum iynə vurdular,sonra görün nə etdilər
Ağstafa rayonunun Köçəsgər kəndində İsgəndərovlar ailəsi kimliyi bilinməyən şəxs və ya şəxslərin hədəfinə çevrilib.

Kimlərsə ailənin yaşadığı evin həyətinə təhdid dolu məktublar atıblar. Əsas hədəf isə evin 26 yaşlı gəlini, üç uşaq anası Şərəbanu İsgəndərova olub.

Məlumata görə, Şərəbanu İsgəndərova toyuq hininin qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Ona tərkibi bəlli olmayan iynə vurulub.

Bundan sonra övladları və ailə üzvləri evin gəlinini axtarmağa başlayıblar.

Şərəbanunu toyuq hininin arxasından evin digər gəlini tapıb.

 
Məlum hadisəyə görə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verilib.

Artıq bir həftədir ki, qorxu içərisində yaşayan ailə üzvləri hadisəni törədən şəxs və ya şəxslərin tapılıb cəzalandırılmasını istəyirlər.

Hadisənin qurbanına çevrilən Şərəbanu İsgəndərovaya Ağstafa Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Ailə üzvlərinin bildirdiyinə görə, ona vurulan iynənin tərkibini bilmək üçün zərərçəkənin qanından analiz götürülüb.

Hazırda Şərəbanı İsgəndərovanın həyatı üçün təhlükə yoxdur.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            35 08.06.21 19:20