Bakıda qətl: kişi sevdiyi qadını həyətinə apararaq boğazını kəsdi » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

Bakıda qətl: kişi sevdiyi qadını həyətinə apararaq boğazını kəsdi
Bakıda kişi qeyri-rəsmi yaşadığı qadını bıçaqlayaraq qətlə yetirib.

İstintaq.az  Xəzər TV-yə istinadən xəbər verir ki, ağır cinayət ötən gecə Sabunçu rayonunda baş verib.

Məlumata görə, qəsəbə sakini Ramil Rəhmanov qısqanclıq zəminində Svetlana Məmmədova ilə aralarında yaranmış mübahisəni həll etmək üçün onu Zabrat qəsəbəsində özünə məxsus evin həyətinə gətirib.

Tərəflər arasında mübahisə həmin ünvanda daha da qızışıb və Ramil Rəhmanov Svetlana Məmmədovanı bıçaqlayıb.

Hadisə şahidi olan qonşular dərhal polisə xəbər veriblər. Prokurorluq və polis əməkdaşları əraziyə baxış keçiriblər.

Qətli törətməkdə şübhəli bilinən Ramil Rəhmanov hadisədən sonra könüllü şəkildə ərazi üzrə 15-ci polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin dəqiq təfərrüatları araşdırılır.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            36 09.06.21 12:09